• Bakı 19° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu ölkənin təyyarəsi tüstülənmə səbəbindən təcili eniş etdi

DÜNYA

29 Iyun 2026 | 10:46 | Müəllif: Aynur Babazadə

Bu ölkənin təyyarəsi tüstülənmə səbəbindən təcili eniş etdi

Böyük Britaniyanın "Jet2" aviaşirkətinə məxsus təyyarə Erfurt-Veymar hava limanında (Almaniya) planlaşdırılmamış eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Hava limanı nümayəndəsinin sözlərinə görə, səbəb "qeyri-müəyyən tüstülənmə" olub.

Yanğından mühafizə xidməti təyyarənin göyərtəsində alovlanma aşkar etməyib. "Airbus A321" təyyarəsi Erfurtda qalacaq və aviaşirkətin texniki mütəxəssisləri tərəfindən yoxlanılacaq.

Məlumatlara görə, təyyarə Yunanıstandan Londona uçurdu. Göyərtədə 225 sərnişin və 7 heyət üzvü olub. Xəsarət alan yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026