• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Antalyada meşə yanğınının söndürülməsi davam edir

DÜNYA

29 Iyul 2026 | 09:10 | Müəllif: Zeynəb Rzayeva

Antalyada meşə yanğınının söndürülməsi davam edir

Türkiyənin Antalya əyalətinin Kaş rayonunda dünən başlayan meşə yanğınının nəzarət altına alınması istiqamətində işlər ikinci gündür ki, davam edir.

Bakıvaxtı.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Üzümlü məhəlləsində başlayan yanğının söndürülməsinə həm havadan, həm də qurudan müdaxilə olunur.

Sıldırım və qayalıq ərazidə yerüstü briqadalar mürəkkəb şəraitə baxmayaraq gecə boyunca yanğınla mübarizə aparıblar. Səhər saatlarından etibarən isə helikopter və təyyarələr də çalışmalara havadan dəstək verməyə başlayıb. Ərazidə 26 yanğınsöndürən avtomobil (arazöz), 9 su təchizatı nəqliyyatı, 5 ilk müdaxilə maşını və 155 mütəxəssis fəaliyyət göstərir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026