• Bakı 16° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Tramp ABŞ-nin ən böyük prezidentini elan etdi 

DÜNYA

28 Avqust 2026 | 08:57 | Müəllif: Günəş Mərd

Tramp ABŞ-nin ən böyük prezidentini elan etdi

ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab edir.

Bakıvaxtı.az  xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. 

O, ABŞ prezidentlərinin şəxsi reytinqini paylaşarkən özünü “ən böyük” kateqoriyasına daxil edərək siyahıda birinci yerə yerləşdirib.

“Böyük” prezidentlər sırasında isə Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonun adlarını qeyd edib.

“Uğursuzlar” kateqoriyasına Trampın hər iki sələfi – Cozef Bayden və Barak Obama, həmçinin Uliks Qrant, Uorren Hardinq və Cimmi Karter daxil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR