• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Trampla bağlı qərar verildi

DÜNYA

30 May 2026 | 11:12

Trampla bağlı qərar verildi

ABŞ Federal Məhkəməsi Prezident Donald Trampın adının Con Kennedi adına İfa Sənətləri Mərkəzinin fasadından silinməsi ilə bağlı qərar çıxarıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri məlumat verib.

Eyni zamanda hakim binanın rekonstruksiyası planlarını da dayandırıb ki, bu səbəbdən mərkəzin iki il müddətinə bağlanması nəzərdə tutulurdu.

Mərkəzin bağlanması və adının dəyişdirilməsi ilə bağlı iddianı Kennedi Mərkəzinin Qəyyumlar Şurasının tərkibində olan konqresmen Coys Bitti qaldırıb. Qadın islahatlarla mübarizə aparmağa çalışsa da, onun sözlərinə görə, Qəyyumlar Şurasının onlayn iclasları zamanı bu məsələdə əks fikirlə çıxış etməyə cəhd göstərdikdə mikrofonunu söndürüblər.

Ağ Evin bildirdiyinə görə, müəssisənin adının dəyişdirilməsi təşəbbüsü ilə dekabr ayında Kennedi Mərkəzinin Qəyyumlar Şurası çıxış edib. Prezidentin mətbuat katibi Kerolayn Levitt qeyd edib ki, qərar Donald Trampın son bir ildə binanı xilas etmək üçün gördüyü işlərlə əlaqəlidir.

Qeyd edək ki, mərkəzin Qəyyumlar Şurasına ABŞ lideri rəhbərlik edir.

Mərkəzin iyulun 4-dən bağlanması qərarını Donald Tramp elan edib. O iddia edirdi ki, binanın rekonstruksiyaya ehtiyacı var, çünki istənilən an çökə bilər.

"Heç vaxt ABŞ-nin elə bir prezidenti olmayıb ki, məhkəmələr ona mənim qədər ədalətsiz yanaşsınlar", - deyə Donald Tramp hakimin qərarını şərh edərkən bildirib.


SON XƏBƏRLƏR