• Bakı 16° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu hava limanı fəaliyyətini dayandırdı

DÜNYA

30 May 2026 | 12:53 | Müəllif: Əli Hüseynov

Bu hava limanı fəaliyyətini dayandırdı

Münxen beynəlxalq hava limanı səmada pilotsuz uçuş aparatı olduğu ehtimal edilən naməlum obyektin görünməsi səbəbindən bağlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Bild" nəşri Federal Polis nümayəndəsi Ştefan Bayer bildirib.

"Səhər saat 9 radələrində pilotlar şübhəli obyekt müşahidə ediblər", - o qeyd edib.

Hər iki uçuş-eniş zolağında hərəkət dayandırılıb, polis genişmiqyaslı əməliyyat keçirir. Polis əməkdaşları PUA ilə bağlı əlavə dəlillərin olub-olmadığını yoxlayırlar. Əməliyyata helikopter də cəlb edilib.

Təhlükəsizlik məqsədilə uçuşlar müvəqqəti dayandırılıb və nə zaman bərpa olunacağı məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026