q
  • Bakı 12° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

"Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirdi

İDMAN

30 Aprel 2026 | 22:14

Neftçi Qarabağı məğlub edib, Sabah çempionluğunu rəsmiləşdirdi

"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.

"Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.

29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Xatırladaq ki, "Qarabağ"a 18 oyundur qalib gələ bilməyən "Neftçi" sonuncu qalibiyyətinə 2021-ci ildə nail olmuşdu.


SON XƏBƏRLƏR