• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Minifutbol yığmamızın oyunu olacaq

İDMAN

30 May 2026 | 09:09

Minifutbol yığmamızın oyunu olacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa bu gün çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək.

"Tipos Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Bugünkü görüş qrup liderliyi baxımından önəmli olacaq.

Xatırladaq ki, ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.


SON XƏBƏRLƏR