İki çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Championship Rounds" "X" hesabında məlumat verib.
İrlandiyalının növbəti döyüşü 12 iyula planlaşdırılıb, Makqreqor ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək "UFC 329" turnirində Maks Hollouey ilə görüşəcək.
Mənbənin məlumatına görə, ötən ilin ən çox testdən keçən döyüşçüsü 35 yaşlı yüngül çəkidə keçmiş UFC çempionu, Gürcüstandan olan Merab Dvalişvili olub. O, bütün il ərzində 14 dəfə test verib.
İrlandiyalı 2021-ci ilin iyul ayından qarışıq döyüş sənətləri qaydaları ilə döyüşməyib. O zaman, o, "UFC 264" turnirində çempion titulunun yüngül çəkidə keçmiş müvəqqəti sahibi Dastin Poryeyə ilk raundda texniki nokautla (ayaq zədəsi) məğlub olmuşdu.
Qeyd edək ki, onun peşəkar rekordunda ümumilikdə 22 qələbə, 6 məğlubiyyət var.
Bakı 




