Moskvadakı 1474 nömrəli məktəbin dördüncü sinif şagirdi mətbəx bıçağı ilə müəllimi bıçaqlayıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə məktəb direktoru İrina Kurçatkina TASS-a bildirib.
Onun sözlərinə görə, dördüncü sinif şagirdi evdən gətirdiyi mətbəx bıçağı ilə müəllimi bıçaqlayıb. Müəllimə dərhal tibbi yardım göstərilib:
“Xoşbəxtlikdən, yara səthi olub. Onun həyatı və sağlamlığı təhlükədə deyil"
Direktor bildirib ki, dərhal məktəbə polis və təcili yardım çağırılıb. Uşaq anası ilə birlikdə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
Şagirdin bıçağı məktəbə necə gətirdiyinə gəlincə, direktor bildirib ki, bununla bağlı araşdırma aparılacaq.
"Qız birinci sinifdən məktəbimizdə oxuyur. Onun davranışı ilə bağlı əvvəllər heç bir şikayət olmayıb. Hazırda vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır", - Kurçatkina əlavə edib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən isə bildirilib ki, polis əməkdaşları hücumun səbəblərini araşdırır.
Murad Məmmədli
Bakı 




