• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Karapetyan Simonyanı məhkəməyə verdi

DÜNYA

30 May 2026 | 14:44

Karapetyan Simonyanı məhkəməyə verdi

Erməni iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə aktları portalı “Datalex”də dərc edilən iddiaya əsasən, Karapetyan spikerdən onun ünvanına səsləndirilmiş şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzib edilməsini və 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində mənəvi təzminat ödənilməsini tələb edir.

İddia sənədinə görə, Karapetyanın müdafiə tərəfi Simonyanın 19 may 2026-cı ildə sosial şəbəkələrdə etdiyi açıqlamaların yalan və nüfuz sarsıdıcı olduğunu bildirərək onların rəsmi şəkildə təkzib olunmasını istəyir. Bundan əlavə, məhkəmə xərclərinin də cavabdeh tərəfindən ödənilməsi tələb olunur.

Qeyd olunur ki, Karapetyan bundan əvvəl də Ermənistan baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası və İctimai Televiziyaya qarşı oxşar iddialarla məhkəməyə müraciət etmişdi.


SON XƏBƏRLƏR