q
  • Bakı 12° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

DÜNYA

30 Aprel 2026 | 23:16

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanın şərəfinə viski tariflərinin aradan qaldırıldığını elan edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "TruthSocial" sosial media platformasında yazıb.

"Ağ Evi tərk edən və tezliklə gözəl ölkələrinə qayıdan Birləşmiş Krallıq Kralı və Kraliçasının şərəfinə, Şotlandiya və Kentukki sənayesində iki çox vacib məhsul olan viski və burbon üzrə tarifləri və məhdudiyyətləri qaldırıram.

İnsanlar uzun müddətdir ki, bunu etmək istəyirdilər, çünki geniş beynəlxalq ticarət, xüsusən də istifadə olunan taxta çəlləklərlə bağlı idi. Kral və Kraliça məni heç kimin edə bilmədiyi bir şeyi etməyə məcbur etdilər, hətta soruşulmadan belə! Hər ikisinin ABŞ-də olmasından şərəf duyuram", - deyə ABŞ Prezidenti qeyd edib.


SON XƏBƏRLƏR

30 Aprel 2026