• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 94 mlrd. dollara qədər artacaq

DÜNYA

30 Aprel 2026 | 17:42 | Müəllif: Əli Hüseynov

IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 94 mlrd. dollara qədər artacaq

Azərbaycanda strateji valyuta ehtiyatlarının yaxın illərdə artacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda qeyd olunub.

    Məlumata görə, ölkənin strateji valyuta ehtiyatları (ARDNF və Mərkəzi Bankın ehtiyatlarının cəmi) 2026-cı ildə 90,4 mlrd. ABŞ dolları təşkil edəcək. Bu göstəricinin 2027-ci ildə 93,0 mlrd. dollara, 2028-ci ildə 93,3 mlrd. dollara, 2029-cu ildə 93,8 mlrd. dollara, 2030-cu ildə 94,0 mlrd. dollara, 2031-ci ildə isə 93,9 mlrd. dollara çatacağı proqnozlaşdırılır.

    Hesabata əsasən, Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarının artım trayektoriyası davam edəcək. Belə ki, Fondun ehtiyatlarının 2026-cı ildə 76,1 mlrd. dollardan 2031-ci ildə 84,2 mlrd. dollara yüksələcəyi gözlənilir.

    Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının 2026-cı ildə 14,4 mlrd. dollar, 2027-ci ildə 15,1 mlrd. dollar, 2028-ci ildə 14,16 mlrd. dollar, 2029-cu ildə 13,1 mlrd. dollar, 2030-cu ildə 11,7 dollar və 2031-ci ildə 9,66 mlrd. dollar təşkil edəcəyi gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Oktyabr 2026