q
  • Bakı 13° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

İDDİA: “Rusiya ordusu ayda 30-35 min hərbçi itirir”

DÜNYA

30 Aprel 2026 | 16:09

İDDİA: “Rusiya ordusu ayda 30-35 min hərbçi itirir”

“Hazırda Rusiya ordusunun aylıq itkiləri təxminən 30 - 35 min hərbçi arasında dəyişir”.

Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini Pavlo Yelizarov bildirib. Onun sözlərinə görə, bu göstərici döyüş əməliyyatlarının intensivliyindən asılı olaraq dəyişə bilər. Əgər Rusiya hücumlarını genişləndirərsə, itkilərin daha da artacağı ehtimal olunur.

P. Yelizarov qeyd edib ki, Rusiya ordusu artıq canlı qüvvə çatışmazlığı ilə üzləşir:

“Əsgər çatışmazlığı var. Daha çox itki vermələrinə nail olmaq çətindir, çünki artıq resurslar məhduddur”.

Qeyd edək ki, bir müddət öncə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Rusiya tərəfinin aylıq itkilərinin 50 minə çatdırılmasının mümkünlüyünü qeyd etmişdi. Lakin son qiymətləndirmələr bu göstəricinin mövcud şəraitdə çətin olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, müharibənin uzanması hər iki tərəf üçün ciddi insan və resurs itkisinə səbəb olur və vəziyyətin yaxın zamanda dəyişməsi ilə bağlı konkret proqnoz vermək çətindir.

Aydın


SON XƏBƏRLƏR