Daşkəsəndə dağ uçqunu baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli, Mollahəsənli və Dəstəfur kəndinə gedən yolda qeydə alınıb.
Dağ uçqunu zamanı yol bağlanıb. Hazırda aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlər gedir.
















