Türkiyənin Adana şəhərində məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 14 şagird xəsarət alıb.
Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus ağaca dəyib və aşıb.
Xəsarət alan şagirdlər xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilib. /Trend
















