• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanın sabiq daxili işlər naziri VƏFAT ETDİ - FOTO

CƏMİYYƏT

12 Sentyabr 2026 | 17:03 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın sabiq daxili işlər naziri VƏFAT ETDİ - FOTO

Bu gün səhər saatlarında Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov 86 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb.

Məlumata görə, Vaqif Novruzov bütün peşəkar fəaliyyətini hüquq qaydalarının mühafizəsinə və dövlətə xidmətə həsr edib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O, 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlarından biridir.

Vaqif Novruzov həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olub.

V.Novruzov 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilib və 1994-cü il aprelin 29-dək bu postda çalışıb.


Azərbaycanın sabiq daxili işlər naziri VƏFAT ETDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026