• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb - XİN

 

HADİSƏ

13 Fevral 2024 | 16:07

Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb - XİN

XİN son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

    “Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan gələn təhlükəni aradan qaldırıb. Bu, sırf cavab tədbiri idi.

    Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - məlumatda qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR