• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü - Saatlıdakı qəzanın TƏFƏRRÜATI

HADİSƏ

20 Avqust 2025 | 10:12

Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü - Saatlıdakı qəzanın TƏFƏRRÜATI

Lənkəran Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən Elşən Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əskərov 5 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasının 2 ilini şərti hesab edib.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 13-də baş verib. Saatlı rayonunun Orta Muğan kənd sakini Elşən Əskərov həmkəndlisinin həyətində keçirilən toyaxşamı məclisinə getmək istəyib. O bu məqsədlə həyətində özünə məxsus VAZ-2161 markalı avtomobili işə salıb və avtomobili arxaya doğru hərəkət etdirib. Həmin vaxt həyətdə oynayan iki yaşlı oğlu - 2022-ci il təvəllüdlü Sənan Əskərovun başı avtomobilin arxa təkərinin altında qalıb. 2 yaşlı S.Əskərov xəstəxanaya çatdırılsa da, orada ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR