• Bakı 21° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

ATƏT-in sədri Qazaxıstan və Özbəkistana səfər edəcək

DÜNYA

09 Iyun 2025 | 14:00

ATƏT-in sədri Qazaxıstan və Özbəkistana səfər edəcək

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 10-11 iyun tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcək.

Bakıvaxtı.az Finlandiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi Asiyaya ilk səfəridir.

Səfərin məqsədi regionda ATƏT-in tərəfdaşlığını gücləndirməkdir.

"Səfər zamanı Finlandiyanın xarici işlər naziri Qazaxıstan və Özbəkistan rəhbərliyi, həmçinin ATƏT-in sahə missiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Valtonen həmçinin Daşkənddə universitetə baş çəkəcək və tələbələr qarşısında çıxış edəcək", - XİN-in məlumatında bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR