BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı "WUF13Azerbaijan"ın "X" sosial şəbəkəsindəki rəsmi hesabında videoçarx və məlumat paylaşılıb.
"Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) açılışı ərəfəsində "UN-Habitat"ın icraçı direktoru Anaklaudia Rossbax dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal forumun iştirakçılarını salamlayır", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, dünyanın 180-dən çox ölkəsindən 40 000-dən artıq insanın qeydiyyatdan keçməsi hər kəsin adekvat yaşayış sahəsi ilə təmin olunması məsələsi üzrə qlobal dialoqu irəli aparmağa böyük imkan yaradacaq.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Bakı 




