• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ahıllar Evində hazırda 214 şəxs qayğı ilə əhatə olunur

CƏMİYYƏT

07 Sentyabr 2026 | 18:46 | Müəllif: Subhan Mahmudov

Ahıllar Evində hazırda 214 şəxs qayğı ilə əhatə olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 ahıl şəxsə xidmət göstərilir.

Bakıvaxtı.az xəbər verir ki, onlardan 110-u kişi, 104-u qadındır. 

Sakinlərlə sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər.

Müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.

Eləcə də onların müxtəlif idman yarışları, gimnastika məşğələləri və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026