• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ağır xəstə azyaşlıya yardım pulunu mənimsəyən şəxs saxlanıldı – VİDEO

HADİSƏ

03 Mart 2026 | 17:00 | Müəllif: Əli Hüseynov

Ağır xəstə azyaşlıya yardım pulunu mənimsəyən şəxs saxlanıldı – VİDEO

Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb.

O.Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026