• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

71 yaşlı qadının sol əvəzinə sağ ayağını əməliyyat ediblər? - AÇIQLAMA + VİDEO

CƏMİYYƏT

10 Sentyabr 2026 | 18:08 | Müəllif: Subhan Mahmudov

71 yaşlı qadının sol əvəzinə sağ ayağını əməliyyat ediblər? - AÇIQLAMA + VİDEO

Şəki şəhər sakini Dövlət Abdullayeva “Medera Hospital”da əməliyyat olunduqdan sonra çətinliklə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, 71 yaşlı qadın Baku TV-yə açıqlamasında Gürkan adlı həkimin onun sol ayağının əvəzinə sağ ayağını əməliyyat etdiyini iddia edib.

“20 ildir bu zülmdəyəm, əzab çəkirəm. Neçə yerə getmişəm. Bir ayağımdan 8 dəfə, digərindən isə 6 dəfə əməliyyat olunmuşam. Hansı həkimə gedirəmsə, üz döndərirlər. Ayağıma implant qoyulub, gəzmək istədiyim zaman gördüm ki, şuruplar çıxdı. 5 şurup çıxardı ayağımdan. Ayağımın içərisində məftillər var, onlar da mənə ağrı verir. Biz həkimə dedik ki, sağ ayağıma dəymə, solu əməliyyat et. Məni necə şikəst qoyubsa, gəlsin əməliyyat etsin. Dözə bilmirəm”, - o qeyd edib.

Məsələ ilə bağlı “Medera Hospital”dan bildirilib ki, Dövlət Əliqulu qızı Abdullayeva 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı əməliyyatı olunub: “Daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə klinikaya dəvət olunub və rəhbərlik və mütəxəssislərlə birgə konsilium aparılıb. Travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib, ikiaylıq müalicə yazıb, müalicə bitdikdən sonra klinikaya gəlməsini və təmənnasız olaraq əməliyyat edəcəyini onlara bildirib. Klinika ilə razılaşan D.Abdullayeva rayona qayıdıb, lakin məlum olub ki, o və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müvafiq orqanlara əsassız olaraq şikayət ediblər”.

Abdullayevlər ailəsi əməliyyatı icra edən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və daha geri qayıtmayacağını bildirsə də, qarşı tərəf bu barədə hər hansı açıqlama verməyib.

Daha ətraflı videomaterialda:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026