• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Zaqatalada xurma sexi yandı - FOTO 

HADİSƏ

04 Yanvar 2026 | 17:59

Zaqatalada xurma sexi yandı - FOTO

Zaqatala rayonunun Muxax kəndində xurma istehsalı sexində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, kənd sakini Vidadi Yusifova məxsus xurma istehsalı sexində yanğın hadisəsi ilə bağlı məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin yanar konstruksiyaları, sexdə olan xurmanın bir hissəsi və daşınma üçün istifadə olunan odun və plastik taraların xeyli hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafa yayılmasının qarşısı alınaraq məhdudlaşdırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Zaqatalada xurma sexi yandı - FOTOZaqatalada xurma sexi yandı - FOTOZaqatalada xurma sexi yandı - FOTOZaqatalada xurma sexi yandı - FOTOZaqatalada xurma sexi yandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026