• Bakı 13° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Yevlaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

HADİSƏ

09 Iyul 2024 | 08:46 | Müəllif: Qalib İbrahimoğlu

Yevlaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Elməddin Qasımov saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, araşdırmalarla sürücünün narkotik vasitənin təsiri altında olduğu və analoji əməli il ərzində ikinci dəfə törətdiyi müəyyən edilib.

    E.Qasımov barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il 2 ay müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Oktyabr 2026