• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Xames Rodriges millidən getdi

İDMAN

16 Sentyabr 2026 | 10:56 | Müəllif: Subhan Mahmudov

Xames Rodriges millidən getdi

"Atletiko Nasional" klubunun yarımmüdafiəçisi Xames Rodriges Kolumbiya milli komandasında çıxışını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Xames Rodriges milli komandada keçirdiyi illərə görə təşəkkürünü bildirib. O, Kolumbiya millisinin formasını geyinməyi karyerasının ən böyük şərəflərindən biri kimi dəyərləndirib.

"Vaxt gəldi. Birlikdə keçirdiyimiz hər oyun, hər sevinc, hər göz yaşı və hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün ən böyük şərəf idi. Təşəkkürlər, Kolumbiya. Əbədi", - deyə futbolçu qeyd edib.

Qeyd edək ki, Xames Rodriges Kolumbiya millisində 131 matçda meydana çıxıb və 31 qola imza atıb. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında 6 qolla turnirin ən məhsuldar futbolçusu olub.

Xames Rodriges üçün milli komandada sonuncu böyük turnir 2026-cı il dünya çempionatı olub. Kolumbiya həmin yarışda 1/8 final mərhələsinə qədər irəliləyib və penaltilər seriyasında İsveçrəyə məğlub olaraq mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026