Dünyanın bir çox ölkələrində Tvitter sosial şəbəkəsinin işində problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri əsasən saytın fəaliyyəti və serverə qoşulmada problemlərin yaranmasından şikayət ediblər.
Nasazlıqlar əsasən ABŞ, Kanada, Böyük Britaniya və Almaniyada müşahidə edilir.
















