• Bakı 13° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

“TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı

HADİSƏ

30 May 2025 | 17:20

“TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı

Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək “TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, M.Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib.
    Faktla bağlı araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Oktyabr 2026