1974-cü il təvəllüdlü şəxs (kişi) 07.09.2026-cı il tarixində saat 00:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, baldırın çoxsaylı açıq yaraları, diz oynağının açıq yarası təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbəsidə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
***
12:02
Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.
Faktla bağlı araşdırma aparılır.
***
11:19
Tərtərdə odlu silahdan açılan atəş nəticəsində bir nəfər xəsarət alıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
















