q
  • Bakı 11° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Süni intellektlə hazırlanan şəklini paylaşıb çağırış etdi - “Hər kəsin başına gələ bilər”

DÜNYA

05 May 2026 | 19:54

Süni intellektlə hazırlanan şəklini paylaşıb çağırış etdi - “Hər kəsin başına gələ bilər”

İtaliyanın Baş naziri Ciorcia Meloni instaqram hesabında süni intellekt vasitəsilə yaradılan saxta fotoları ilə bağlı paylaşım edərək izləyicilərini xəbərdar edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Meloni son günlər müxalifləri tərəfindən paylaşılan və həqiqət kimi təqdim edilən süni intellekt məhsulu olan şəkillərinə münasibət bildirib.

O, ironiya ilə qeyd edib ki, fotoları hazırlayanlar onu olduğundan daha yaxşı göstərməyi bacarıblar:

“Etiraf etməliyəm ki, bu fotoları hazırlayanlar məni olduğumdan xeyli “yaxşılaşdırıblar”. Amma fakt budur ki, hücum etmək və yalan uydurmaq naminə artıq hər vasitədən istifadə olunur”.

Baş nazir bu cür manipulyasiyaların fərdi məsələdən daha böyük bir təhlükə olduğunu vurğulayıb:

“Lakin məsələ təkcə mənimlə bağlı deyil. “Deepfake”lər təhlükəli vasitədir, çünki hər kəsi aldada, manipulyasiya edə və hədəf ala bilər. Mən özümü müdafiə edə bilirəm, lakin bir çoxları bunu bacarmır. Bu səbəbdən bir qayda hər zaman keçərli olmalıdır: inanmazdan əvvəl yoxlayın, paylaşmazdan əvvəl isə əmin olun. Çünki bu gün bu mənim başıma gəlirsə, sabah hər kəsin başına gələ bilər”.

Xatırladaq ki, İtaliya hökuməti 2025-ci ilin sentyabrında təsdiqlədiyi qanunla süni intellekt texnologiyalarını hüquqi çərçivəyə salan Avropanın ilk ölkəsi olub.


SON XƏBƏRLƏR