• Bakı 19° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Sumqayıtda silsilə oğurluq edən şəxslər saxlanılıb

HADİSƏ

05 Aprel 2025 | 14:13 | Müəllif: Gülşən Şərif

Sumqayıtda silsilə oğurluq edən şəxslər saxlanılıb

Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026