• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Rusiya Ukraynada bazarı vurdu: xeyli sayda ölən və yaralananlar var 

DÜNYA

04 Aprel 2026 | 13:19

Rusiya Ukraynada bazarı vurdu: xeyli sayda ölən və yaralananlar var 

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərindəki bazara zərbələr endirib, nəticədə 5 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanji bildirib.

Məlumata görə, Rusiya qoşunları FPV-dronlarından istifadə edib. Yanğın baş verib. Ticarət pavilyonları və mağaza dağıdılıb.

"Üçü qadın və ikisi kişi olmaqla beş nəfər həlak olub. Daha 19 nəfər yaralanıb, onların arasında 14 yaşlı qız da var. Uşaq xəstəxanadadır, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR