• Bakı 24° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Rizedə itən şəxsin axtarışı zamanı AFAD əməkdaşı həlak olub

DÜNYA

13 Iyun 2026 | 23:36

Rizedə itən şəxsin axtarışı zamanı AFAD əməkdaşı həlak olub

Türkiyənin Rize vilayətinin Çamlıhemşin rayonundakı Fırtına dərəsində itkin düşən şəxsin axtarışında iştirak edən Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupunu daşıyan qayığın qayaya çırpılaraq çevrilməsi nəticəsində 1 xilasedici həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

"Səhər saatlarında Fırtına dərəsində axtarış işlərinə başlayan qruplar Civelekoğlunun meyitinin yerini müəyyən ediblər. Meyitin olduğu əraziyə hərəkət edən və içərisində 5 əməkdaşın olduğu AFAD qayığı, qayaya çırpılaraq çevrilib", - məlumatda bildirilib və qeyd olunub ki, qrupların müdaxiləsi ilə sahilə çıxarılan 5 əməkdaşdan 1-i həyatını itirib, digərlərinin isə vəziyyəti yaxşıdır.

Bununla yanaşı, Volkan Civelekoğlunun meyiti də sudan çıxarılaraq Çamlıhemşin Rayon Dövlət Xəstəxanasının morquna yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026