• Bakı 23° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Kral III Çarlzın şərəfinə hərbi parad keçirildi

DÜNYA

13 Iyun 2026 | 20:11

Kral III Çarlzın şərəfinə hərbi parad keçirildi

Londonda Böyük Britaniya Kralı III Çarlzın rəsmi doğum günü münasibətilə hərbi parad keçirilib.

Bakıvaxtı.az bu barədə "Skay Nyus"a istinadən xəbər verir.

Monarx ailə üzvləri ilə birlikdə mərasimi tribunadan izləyib.

Paradda 1 400-dən artıq hərbçi iştirak edib. III Çarlz və kral ailəsinin digər üzvləri Bukingem sarayının eyvanından 41 yaylım atəşindən ibarət artilleriya salamını qəbul ediblər.

Qeyd edək ki, Britaniyada monarxın iki doğum gününü qeyd etmək ənənəsinin əsası 1748-ci ildə noyabrda doğulmuş II Georq tərəfindən qoyulub. O, hava şəraitinin daha əlverişli olması səbəbindən rəsmi doğum gününün yayda qeyd olunmasına qərar verib. Ənənə sonradan da qorunub saxlanılıb.

21 aprel 1926-cı ildə anadan olmuş II Elizabet 1953-cü il iyunun 2-də tacqoyma mərasimindən sonra rəsmi doğum gününün iyunda qeyd olunmasını seçmişdi. Anasının ölümündən sonra taxta çıxan və 14 noyabr 1948-ci ildə doğulan III Çarlz da doğum gününü yayda qeyd etməyə qərar verərək iyun ayını seçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026