• Bakı 13° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

HADİSƏ

11 Mart 2024 | 12:30

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026