• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

PSJ Messi transferini rəsmən açıqladı

İDMAN

11 Avqust 2021 | 00:43 | Müəllif: Subhan Mahmudov

PSJ Messi transferini rəsmən açıqladı

Lionel Messinin PSJ-yə transferi rəsmiləşib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa təmsilçisi bunu rəsmi saytı vasitəsilə bəyan edib.

“Barselona”dan yenicə ayrılan Argentina millisinin kapitanı bu gün Parisə yollanıb və yeni komandası ilə 2+1 illik sazişə qol çəkib. 34 yaşlı oyunçunun Paris klubunda illik məvacibinin 35 milyon avro olacağı vurğulanıb. Leo PSJ-də 30 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti başa çatdığı üçün PSJ-yə azad agent kimi keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026