• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

PSJ-də ciddi itki

İDMAN

14 Oktyabr 2021 | 17:11 | Müəllif: Subhan Mahmudov

PSJ-də ciddi itki

PSJ-nin qapıçısı Keylor Navas Kosta-Rika millisinin heyətində zədələnib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı qolkiper DÇ-2022-nin seçmə mərhələsində ABŞ-a qarşı oyunda (1:2) sıradan çıxıb. O, bir hissə oynayıb və sonra əvəzlənib. Navasın bərpa müddəti tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Bildirilir ki, Keylor Fransa Liqasında "Anje" (15 oktyabr) və  Çempionlar Liqasının qrup mərhələsində "Leyptsiq"lə (19 oktyabr) görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Navas 2019-cu ildən Paris təmsilçisində oynayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026