• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ötən ay zəhərlənənlərin sayı AÇIQLANDI

CƏMİYYƏT

01 Iyun 2026 | 11:30 | Müəllif: Zeynəb Rzayeva

Ötən ay zəhərlənənlərin sayı AÇIQLANDI

2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu  barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq KTM-dən bildirilib.

Məlumata görə, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026