• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ödənişli atalıq məzuniyyətindən istifadə edənlərin sayı

CƏMİYYƏT

04 Mart 2026 | 15:57

Ödənişli atalıq məzuniyyətindən istifadə edənlərin sayı

İndiyədək Azərbaycanda 81 işəgötürən 100-dək işçiyə ödənişli atalıq məzuniyyəti verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.

Xatırladaq ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri də uşağın doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdan sonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

Bununla əlaqədar yanvar ayında "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026