• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

HADİSƏ

28 May 2025 | 11:19

Narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 55 yaşlı Hidayət Zaidovu saxlayıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq 1 ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026