• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Məkkəni su basdı - VİDEO

HADİSƏ

28 Aprel 2021 | 20:46

Məkkəni su basdı - VİDEO

Səudiyyə Ərəbistanında leysan yağışların yağması və dolu düşməsi ölkənin bir çox şəhərlərində, o cümlədən də dünya müsəlmanlarının müqəddəs şəhəri Məkkədə ciddi problemlər yaradıb. 

Sosial şəbəkələrdə şəhər küçələrindən müvafiq görüntülər, eləcə də bütün çətinliklərə baxmayaraq, Məscidül Həramda zəvvarların ibadətə davam etmələrini əks etdirən videolar yayılıb. Dolu səbəbindən ziyarətgah bir anın içində ağ örpəyə bürünüb.

Şəbəkə istifadəçilərinin bir çoxu bunu Ramazan ayı səbəbilə Allahın rəhməti, edilən duaların qarşılığı olaraq qiymətləndirib.

Qeyd olunub ki, ölkə rəhbərliyi hələ ötən həftə baş verə biləcək sel fəlakəti ilə bağlı əhaliyə xəbərdarlıq edib.  (oxu.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026