• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mask “X”i SATDI

MULTİMEDİA

29 Mart 2025 | 10:53

Mask “X”i SATDI

Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsini satıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mask özü paylaşım edib.

Belə ki, o, əvəllər “Tvitter” kimi tanınan “X”i  süni intellekt “xAI” şirkətinə 33 milyard dollara satıb.

“xAI” və “X”in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə “xAI”nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə “X”in  geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq”, - deyə, Mask yazıb.

Qeyd edək ki, İ.Mask 2022-ci ildə “Tvitter”i 44 milyard dollara alaraq adını “X” olaraq dəyişdirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026