• Bakı 13° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kürdəmirdə avtomobil su kanalına aşıb - iki nəfər boğularaq ölüb

HADİSƏ

16 Avqust 2023 | 17:26 | Müəllif: Subhan Mahmudov

Kürdəmirdə avtomobil su kanalına aşıb - iki nəfər boğularaq ölüb

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobildə olan sürücü və sərnişin suda boğularaq dünyasını dəyişib.

Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026