İraqın şimalında keçirilən antiterror əməliyyatları çərçivəsində 400-ə yaxın hədəf quru qoşunları tərəfindən vurulub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar əməliyyatlarla bağlı məlumat verərkən deyib.
O qeyd edib ki, 60-dan çox hədəf isə hava qüvvələri tərəfindən məhv edilib:
“Çox sayda terrorçunun əməliyyatlar zamanı zərərsizləşdirildiyini bildirmək istərdim”.
















