• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Filippində Mayon vulkanı püskürüb

    DÜNYA

    30 Oktyabr 2026 | 11:31 | Müəllif: Əli Hüseynov

    Filippində Mayon vulkanı püskürüb

    Filippinin Albay əyalətində yerləşən Mayon vulkanı püskürüb. Hadisədən sonra hakimiyyət orqanları vulkanla bağlı həyəcan səviyyəsini beşpilləli şkala üzrə 2-dən 3-ə yüksəldiblər.

    Bakıvaxtı.az Filippin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadla xəbər verir ki, püskürmə nəticəsində vulkanın kraterindən təxminən 3 min metr yüksəklikdə kül buludu əmələ gəlib. Təxminən 6 dəqiqə davam edən hadisə zamanı kül buludu qərb-cənub-qərb istiqamətində yayılıb.

    Həyəcan səviyyəsinin artırılması vulkanda maqmatik aktivliyin gücləndiyini və daha təhlükəli püskürmə ehtimalının olduğunu göstərir. Əhaliyə vulkanın kraterindən 6 kilometr radiusda yerləşən təhlükəli zonaya yaxınlaşmamaq, həmçinin mümkün palçıq axınlarına qarşı ehtiyatlı olmaq tövsiyə edilib. Aviasiya şirkətlərinə də vulkanın yaxınlığında uçuşlardan çəkinmək barədə xəbərdarlıq olunub.

    Qeyd edək ki, Mayon Filippinin ən fəal vulkanlarından biridir. Konusvari forması ilə tanınan vulkanın 1814-cü ildə baş vermiş güclü püskürməsi nəticəsində təxminən 1200 nəfər həyatını itirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026