“Ağlımda üç namizəd var idi: Nizami Abbas, Mirbəla Səlimli, Həmidə Ömərova”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında çıxışı zamanı deyib:
“Bu namizədlər arasından Həmidə Ömərovanı seçməməyimin səbəbi Şəfiqə Məmmədovadır. Çünki bu seçim onun üçün çox ağır olardı. O bunu qəbul edə bilməzdi”.
O prezidentin xüsusi diqqətinin onsuz da Həmidə Ömərovada olmasını xüsusilə qeyd edib.
Zeynən Rzayeva
Bakı 




