• Bakı 21° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Cabbarov: Gənc kino nümayəndələri üçün təlimlər təşkil olunur

MƏDƏNİYYƏT

26 May 2026 | 14:55

Cabbarov: Gənc kino nümayəndələri üçün təlimlər təşkil olunur

“Peşəkar kino mühitinin formalaşması üçün davamlı təhsil layihələri həyata keçirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ittifaqın əsas fəaliyyət istiqamətlərindən biri kino sahəsində peşəkarlığın artırılması və gənc yaradıcı şəxslərin dəstəklənməsidir. Bu məqsədlə ssenaristlər, rejissorlar və prodüserlər üçün müxtəlif təlimlər və müzakirələr təşkil olunub.

Cabbarov bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində xarici mütəxəssislərin iştirakı ilə layihələrin təqdimatı, prodüserlik və ssenari yazıçılığı ilə bağlı proqramlar həyata keçirilib. O qeyd edib ki, gənc müəlliflərin öz layihələrini beynəlxalq platformalarda təqdim etməsi və maliyyə imkanları əldə etməsi üçün bu təlimlər xüsusi əhəmiyyət daşıyır.

Hesabatda kino sahəsində nəzəri biliklərin artırılması üçün yeni kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri istiqamətində işlərin də davam etdiyi bildirilib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR