Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC-yə Dubay Baş Prokurorluğundan məlumat verilib.
Azərbaycanlı eks-gimnastın keçmiş həyat yoldaşının iddialarına görə, qadın məhkəmə tərəfindən təsdiq olunmuş görüş sessiyası zamanı uşaqları qaçırıb.
Dubay Baş Prokurorluğu hazırda məsələnin araşdırıldığını qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilib. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib.
Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Onu da qeyd edək ki, cütlük uzun illərdir övladlarının himayəsi ilə bağlı mübarizə aparır və bir-birini uşaqları qaçırmaqda ittiham edirlər.
Bakı 




