Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün final oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib.
Qarşılaşma millimizin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə Azərbaycan tarixində ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Serbiyanı məğlub edərək finala vəsiqə qazanıb.
Bakı 




