• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Zelenskinin məktubuna Kremldən CAVAB

DÜNYA

05 Iyun 2026 | 00:04 | Müəllif: Subhan Mahmudov

Zelenskinin məktubuna Kremldən CAVAB

Kreml artıq Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə açıq məktubunu görüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinin "Telegram" kanalında dərc olunmuş sualına cavab olaraq bildirib.

"Kreml Zelenskinin məktubunu görüb; bu barədə daha sonra Putinə məlumat veriləcək", - deyə Peskov söyləyib.

O qeyd edib ki, məktubu artıq oxuyub, lakin Rusiya lideri hələ onu görməyib, çünki o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) beynəlxalq xəbər agentlikləri rəhbərlərinin suallarını cavablandırırdı.

Peskov əlavə edib ki, əgər Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026